BAKI,TurkicWorld
Azərbaycanda yaradılan bütün rəqəmsal platforma və sistemlər fərqli funksiyalar yerinə yetirsə də, onların əsasında vahid informasiya təhlükəsizliyi konsepsiyası dayanır.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən rəqəmsal həllər vahid yanaşma çərçivəsində bir-biri ilə inteqrasiya olunur. Bu isə rəqəmsal ekosistemin dayanıqlığını artırır, idarəetmədə səmərəliliyi yüksəldir və informasiya təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə şərait yaradır.
Vüsal Qasımlı qeyd edib ki, vahid konsepsiya əsasında formalaşdırılan rəqəmsal arxitektura dövlət qurumları arasında koordinasiyanı gücləndirir, məlumat mübadiləsini optimallaşdırır və ölkədə rəqəmsal transformasiya prosesinin daha sürətli və effektiv həyata keçirilməsinə imkan verir. Bu yanaşma dövlət idarəçiliyində müasir rəqəmsal həllərin tətbiqini dəstəkləyən əsas mexanizmlərdən biri kimi qiymətləndirilir.







