Son dəqiqə

Azərbaycan Zakir Həsənov Müdafiə Nazirliyi

Zakir Həsənov Baş direktoru və yüksək rütbəli hərbçiləri mükafatlandırıb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif olunublar.

Mövzuya görə xəbərlər