Son dəqiqə

Türk dünyası Eltən Törəçi Çölçü İctimai Birliyi Eltən Qədimbəyli ictimai fəaliyyət milli-mənəvi dəyərlər etno-mədəni irs

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

BAKI,TurkicWorld

2015-ci ildə dəyər yaradıcısı və televiziyaçı Eltən Qədimbəyli tərəfindən Çölçü Sosial Klubu kimi əsası qoyulan təşkilat hazırda Çölçü İctimai Birliyi adı ilə fəaliyyət göstərir. Birlik Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq milli birliyin, milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət həyata keçirir.

TurkicWorld xəbər verir ki, təşkilat eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi “Türk dünyası bizim böyük ailəmizdir” prinsipini əsas götürərək türk xalqları arasında birlik, həmrəylik və mədəni əlaqələrin inkişafına töhfə verməyi əsas məqsədlərindən biri hesab edir.

Görüşdə birlik üzvləri, ictimai fəallar, ziyalılar və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər iştirak ediblər. Tədbir zamanı təşkilatın gələcək fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr, təşkilatlanma məsələləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi çıxışında bildirib ki, təşkilatın əsas məqsədi ortaq milli və mənəvi dəyərlər ətrafında birləşən insanları bir araya gətirmək və onların potensialını cəmiyyətin inkişafına yönəltməkdir.

O qeyd edib ki, Çölçü Birliyi yalnız təşkilat deyil, həm də dəyər yaradan insanların qarşılıqlı dəstək və əməkdaşlıq platformasıdır. Başqanın sözlərinə görə, birliyin əsas prinsiplərindən biri üzvlərin bir-birini daha yaxından tanıması, təcrübələrini bölüşməsi və müxtəlif sahələrdə qarşılıqlı dəstək göstərməsidir.

Görüş zamanı qarşıdakı dövrdə müxtəlif toplantılar, yürüşlər, düşərgələr, ailəvi təbiət gəzintiləri, ənənəvi oxçuluq, kibertəhlükəsizlik, özünümüdafiə, təbiətdə sağqalma və fərdi inkişaf proqramlarının təşkili ilə bağlı planlar da açıqlanıb.

Tədbirin sonunda iştirakçılar təşkilatın fəaliyyətinin genişləndirilməsi, yeni layihələrin hazırlanması və cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Çölçü İctimai Birliyi
Mətbuat xidməti

Mövzuya görə xəbərlər