Son dəqiqə

Azərbaycan Bakı AYNA 13-cü Dünya Şəhər Forumu (WUF13)

WUF13 ilə əlaqədar dəyişiklik tətbiq edilən marşrutların fəaliyyəti bərpa edilir

BAKI,TurkicWorld

Bakıda 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyəti bərpa edilib.

Bu barədə TurkicWorld-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.

Mövzuya görə xəbərlər