Son dəqiqə

WUF13

WUF13-ün 2-ci gününün rəsmi açılış mətbuat konfransı keçirilir

Bakı. TurkicWorld:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) 2-ci günü çərçivəsində rəsmi açılış mətbuat konfransı keçirilir.

TurkicWorld xəbər verir ki, mətbuat konfransı həftənin əsas gündəliyini müəyyən edəcək.

Tədbirdə "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusu təqdim olunacaq, qlobal mənzil böhranının həlli, şəhər dayanıqlığının gücləndirilməsi, eləcə də dünya üzrə şəhər və icmalarda davamlı urbanizasiya siyasətlərinin inkişafı istiqamətində prioritet məsələlər müzakirə ediləcək.

Mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, və Malayziyanın Mənzil və Yerli Özünüidarəetmə Naziri və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları

Proqramı (UN-Habitat) Assambleyasının hazırkı prezidenti Nga Kor Ming çıxış edəcəklər.

Mövzuya görə xəbərlər