Son dəqiqə

Al Baraka Azerbaijan Könüllüləri Qəzza humanitar böhranı Rahma for Umma fondu Arakan müsəlmanları

Qəzza və Arakanda zəkat yardımı paylanıldı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

"Rahma for Umma" fondunun dəstəyi və "Al Baraka Azerbaijan" könüllülərinin təşkilatçılığı ilə Qəzza və Arakanda ehtiyac sahibi ailələrə istiqamətlənmiş genişmiqyaslı zəkat layihəsi həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu xeyriyyə təşəbbüsü çərçivəsində Arakanın ucqar kəndlərindən Qəzzanın münaqişə zonalarına qədər uzanan yardım karvanı ağır sınaqlarla üzləşən insanlara çatdırılıb. Layihənin əsas məqsədi maddi çətinlik çəkən ailələrə dəstək olmaqla yanaşı, onlara beynəlxalq həmrəylik mesajını ötürməkdir.

Yardım kampaniyasının ilk mərhələsi Arakanda reallaşdırılıb və burada çətin şəraitdə yaşayan ailələrin gündəlik ehtiyaclarının qarşılanmasına töhfə verilib. Daha sonra xeyir karvanı Qəzzaya istiqamət alaraq, uzun müddətdir blokada və çətinliklər içində yaşayan insanlara mənəvi dayaq olub. Ümumilikdə 115 nəfərin faydalandığı bu layihə çərçivəsində paylanılan zəkat yardımları həm maddi yardım, həm də gələcəyə olan ümidin rəmzinə çevrilib. Təşkilatçılar bu növ xeyriyyə əməllərinin davamlı olacağını və daha çox insana çatdırılmasının hədəfləndiyini bildiriblər.

Mövzuya görə xəbərlər