Bakı. TurkicWorld:
Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü yekunlaşıb.
Bu barədə TurkicWorld-a "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
Bildirilib ki, mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib. İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.


