BAKI,TurkicWorld
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) Komitə rəhbəri Lamiyə Xəlilova Türkiyəyə işgüzar səfəri çərçivəsində Xidmət İxracatçıları Birliyinin (Hizmet İhracatçıları Birliği - HİB) Baş katibi dr. Fatih Özer ilə görüşüb.
Görüş zamanı AGTL və Türkiyə Ticarət Nazirliyi yanında fəaliyyət göstərən HİB arasında əməkdaşlıq perspektivləri və gələcək birgə fəaliyyət imkanları geniş müzakirə olunub. Xüsusilə "Liman idarəetməsi", "Sərnişindaşıma xidmətləri" və "Yükdaşıma logistika xidmətləri" kimi sahələrdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.
Xidmət ixracı və yeni strategiyalar
Məlumat üçün bildirək ki, Türkiyə Ticarət Nazirliyi tərəfindən 2021-ci ildə yaradılmış HİB xidmət ixracı strategiyasının formalaşdırılması, sahəvi problemlərin müəyyən edilməsi və həlli istiqamətində təkliflər paketinin hazırlanması ilə məşğul olur. Birliyin tərkibində 10-dan çox ixtisaslaşmış alt komitə fəaliyyət göstərir ki, bu da logistika və daşımalar sahəsində geniş imkanlar yaradır.
HİB nümayəndələri Bakıya dəvət olunub
Görüşdə həmçinin cari ilin 1-3 iyun tarixlərində Bakıda keçiriləcək "Translogistika" sərgisi də müzakirə mövzusu olub. Lamiyə Xəlilova HİB nümayəndələrini sözügedən sərgidə iştirak etmək üçün Bakıya dəvət edib və tərəflər bu səfərin təfərrüatlarını nəzərdən keçiriblər.






