Bakı. TurkicWorld:
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.
TurkicWorld-un məlumatına görə, 28 fevral saat 08:00-dan 11 aprel saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3439 nəfər təxliyə olunub.
Belə ki, bu müddət ərzində 735 Çin, 612 Azərbaycan, 374 Rusiya, 284 Hindistan, 198 Banqladeş, 192 Tacikistan, 151 Pakistan, 136 İran, 84 Oman, 68 İndoneziya, 57 Əlcəzair, 46 İtaliya, 27 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 Polşa, 14 İsveçrə, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik, 9 Braziliya, 8 Sudan və 8 Venesuela vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.
Bundan başqa, BƏƏ, Finlandiya, Slovakiya, Belçika, Qırğızıstan, Rumıniya, Çexiya, Avstraliya - 6, Serbiya, İsveç, Əfqanıstan, Türkiyə, Avstriya, Yunanıstan, Vyetnam - 5, İordaniya, Filippin, Ukrayna, Şri-Lanka, Küveyt və Niderland hərəsinin 4 vətəndaşı təxliyə edilib.
Həmçinin Qətər, Xorvatiya, Danimarka, Norveç - 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir, Sloveniya, Uruqvay - 2, Tunis, Cənubi Afrika, Maldiv Adaları, Kuba, Vatikan, Argentina, Bosniya Herseqovina, aLtviya, Beliz, Dominikanın hərəsinin 1 vətəndaşı keçib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.







