BAKI,TurkicWorld, Orxan Qədirzadə
Pakistan diplomatik mənbələrinin "Əl-Cəzirə"yə verdiyi məlumata görə, İslamabad hazırda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa dialoqun qurulması üçün intensiv səylər göstərir.
TurkicWorld xəbər verir ki, bu təşəbbüs, fevral ayından bəri davam edən hərbi gərginliyi diplomatik müstəvidə həll etmək üçün ən kritik mərhələ hesab olunur.
İslamabaddakı diplomatik mənbə qeyd edib ki, əgər iki nümayəndə heyəti arasında birbaşa təmas mümkün olmazsa, danışıqlar Pakistan vasitəçiləri vasitəsilə dolayı yolla həyata keçiriləcək. Belə bir ssenaridə danışıqların cəmi bir gün davam edəcəyi bildirilir.







