Xocavənd

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Qayıdış proqramı çərçivəsində bu mərhələdə Xocavənd şəhərinə 64 ailə, ümumilikdə 253 nəfərdən ibarət köç karvanı yola salınıb.

TurkicWorld-un Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

Doğma yurda qayıdan sakinlər onlara göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər həmçinin torpaqların işğaldan azad olunması uğrunda göstərilən şücaətə görə Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər