Son dəqiqə

Xocavənd

Xocavənddə daha 68 ailəyə evlərinin açarları təqdim olunub

Bakı. TurkicWorld:

Bu gün növbəti köç karvanı ilə Xocavəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

TurkicWorld xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

xxx
06:55

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TurkicWorld xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə (176 nəfər), Qırmızı Bazar qəsəbəsinə 16 ailə (63 nəfər), Xanoba kəndinə isə 13 ailə (60 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mövzuya görə xəbərlər