Son dəqiqə

Kanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü aprel döyüşləri

Kanadada “31 Mart - azərbaycanlıların soyqırımı günü” və “Aprel Döyüşləri”nin ildönümünə həsr olunmuş tədbir keçirilib

BAKI,TurkicWorld

29 mart 2026-cı il tarixdə, Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” və “Aprel Döyüşlərinin” 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə, Səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirak etmişlər.

TurkicWorld xəbər verir ki, tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Vüsal Süleymanov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat vermis, “Aprel döyüşlərinin” Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. V.Süleymanov çıxışında həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra çıxış edən məktəbin müəllimələri Vüsalə Əhmədova və Ülviyyə Rəhimova xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmış, “Aprel döyüşləri”nin Azərbaycanın Vətən müharibəsindəki böyük hərbi Qələbəsinin başlanğıcı olduğunu bildirmişdir.

Tədbir zamanı Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilmiş, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilmişdir.

Mövzuya görə xəbərlər