Son dəqiqə

Azərbaycanın Türkiyədəki səfirliyi Rasim Balayev

Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün lazımi bütün prosedurlara başlanılıb - Səfirlik

BAKI, TurkicWorld

Bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsinin Vətənə göndərilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi bütün prosedurlara başlanılıb.

Bu barədə TurkicWorld-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyədə lazımi prosedurlar həyata keçirildikdən sonra cənazə Vətənə yola salınacaq. Səfirlik və Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən Rasim Balayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanılır, bütün lazımi dəstək göstərilir.

Mövzuya görə xəbərlər