Son dəqiqə

Azərbaycan Azərbaycan Memarlıq və İnşaat Universiteti Sumqayıt Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar olub

BAKI,TurkicWorld

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən iki kollecə yeni rəhbər təyinatları həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Müvafiq əmrlə Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Məlumata görə, Şamama Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. O, daha sonra ADA Universitetində “Təhsil menecmenti” ixtisası üzrə magistratura təhsili alıb. Ş.Əmirova 2013–2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib, 2020-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.

Aysel Səfixanova isə bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “İnstrumental ifaçılıq” ixtisası üzrə alıb, magistratura təhsilini Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. O, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə ikinci ali təhsil alır.

Əmək fəaliyyətinə 2015-ci ildə başlayan A.Səfixanova müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışıb. O, 2023–2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər isə Azərbaycan Milli Konservatoriyasında rektorun köməkçisi vəzifəsində çalışıb.

Mövzuya görə xəbərlər