Son dəqiqə

Pərviz Şahbazov Energetika Nazirliyi vətəndaş qəbulu

Energetika Nazirliyində vətəndaşların növbəti qəbulu keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Energetika Nazirliyində vətəndaşların müraciətlərinin dinlənilməsi məqsədilə növbəti qəbul təşkil olunub.

TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müxtəlif sosial və kommunal məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbul zamanı mənzillərin təbii qaz təchizatı, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat və digər mövzularla bağlı müraciətlərə baxılıb. Vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı müraciətlərin operativ araşdırılması və vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilib.

Qeyd olunub ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki hazırlanaraq nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirlik vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin operativ həlli və dövlət qurumları ilə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Mövzuya görə xəbərlər