Son dəqiqə

Azərbaycan Xocalı Soyqırımı Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcması Xocalı soyqırımı abidəsini ziyarət edib

BAKI,TurkicWorld

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimləri çərçivəsində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və üzvləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, fevralın 26-da keçirilən ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini dağıdaraq dinc əhaliyə qarşı kütləvi qırğın törədib.

Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum qalır. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Mövzuya görə xəbərlər