Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xocalı Soyqırımı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib

BAKI, TurkicWorld

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimləri davam edir.

TurkicWorld xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edilib ki, Xocalı soyqırımı bəşəriyyət tarixində insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir və qurbanların xatirəsinin anılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzuya görə xəbərlər