Son dəqiqə

Bakı Naxçıvanda ictimai nəqliyyatda yenilik: Şəhərdaxili xətlər BakuBusa verildi AYNA elan etdi: Naxçıvanda 9 marşrut xətti üzrə yeni daşıyıcı bəlli oldu Masazır marşrutunda dəyişiklik: 142 nömrəli xətt üzrə müsabiqə başa çatdı BakuBus Naxçıvanda fəaliyyətə başlayır – AYNA-dan rəsmi açıqlama Bakı və Naxçıvanda avtobus marşrutları üçün keçirilən müsabiqənin qalibləri bəlli olub

Naxçıvanda avtobus marşrutları "BakuBus"a həvalə edildi

BAKI, TurkicWorld

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

TurkicWorld AYNA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri – Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunub.

Paytaxtın 142 nömrəli (metronun "20 Yanvar" stansiyası – Masazır kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs "Çinar-Trans" MMC-dir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Mövzuya görə xəbərlər