BAKI,TurkicWorld
2026-cı ilin birinci rübündə Energetika Nazirliyi tərəfindən verilən icazələrin sayı açıqlanıb.
TurkicWorld xəbər verir ki, hesabat dövründə ümumilikdə 64 icazə təqdim olunub.
“İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların idxalı üzrə 55, ixracı üzrə 3, tranziti üzrə isə 4 icazə verilib.
Məlumata əsasən, rüb ərzində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazə, həmçinin elektrik enerjisi istehsalı ilə bağlı 1 icazə təqdim edilib. Bu icazə su elektrik stansiyaları və bio kütlədən alınan qaz və digər yanacaq növləri vasitəsilə enerji istehsalını əhatə edir.
Qeyd olunub ki, bütün icazələr 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə verilib.







