Son dəqiqə

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı DOST Agentliyi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 920-dən çox benefisiara xidmət göstərilib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında ötən dövrdə həssas qruplara aid 920 nəfərdən çox şəxsə xidmət göstərilib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onlardan 700 nəfərini əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, onların ailə üzvləri, digərlərini şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrdən olan şəxslər təşkil edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2021-ci ilin oktyabr ayında açılışı olan bu müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Mərkəz, onun Bərdə və İsmayıllıdakı DOST Evi filallarında həssas qruplara aid şəxslərin təlimlər vasitəsilə yaradıcı potensialı, bacarıqları inkişaf etdirilir, həmçinin onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.

Hazırda Mərkəz və filiallarında 274 benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıqlarını inkişaf etdirir.

Mövzuya görə xəbərlər