Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

Yanvar ayında 4 minə yaxın şəxsə əlillik təyin olunub

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar ayında 3 min 800 şəxsə əlillik təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onlardan min 800 şəxsə ilkin, 2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Mövzuya görə xəbərlər