Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi

Postmüharibə dövründə 4 minə yaxın qaziyə reabilitasiya xidmətləri göstərilib

BAKI,TurkicWorld

Onlardan artıq 265 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb. Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq olunub.

Görülən işlər nəticəsində qeyd edilən qazilərdən artıq 265 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyub. Digər qazilərlə də reabilitasiya işləri davam edir.

Müharibədə əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı son nəsil protezlərlə, qaçış üçün yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılıb. Bu reabilitasiya vasitələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sərbəst və aktiv, rahat hərəkətlər etmələrinə imkan yaradır.

Mövzuya görə xəbərlər