Son dəqiqə

Azərbaycan Cənubi Qafqaz Bakı Kamran Musayev Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti

2025-ci il Azərbaycan səhiyyəsi üçün qızıl dövr kimi tarixdə qalacaq - Kamran Musayev

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ötən il ölkəmizin səhiyyə tarixi üçün unudulmaz səhifə oldu. 2025-ci il səhiyyəmiz üçün qızıl dövr olaraq qalacaq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev jurnalistlərə açıqlamasında deyib.

Qafqazda ilk dəfə Azərbaycanda meyit donorun ürəyinin transplantasiya edilməsi barədə danışan Kamran Musayev deyib ki, donorluqla bağlı işin sosial psixoloji aspektindən sonra tibbi cərrahi mərhələsi başlayır: "2025-ci ildə iki xəstəyə ürək tranplantasiyası əməliyyatını ilk dəfə icra etdik. İnanıram ki, bütün azərbaycanlılar bununla qürur duyurlar. Ölkəmiz bununla Qafqazda liderliyini təsdiq etdi. Bu, səhiyyəmizin tarixi uğurudur. Bu davamlı proqram olacaq. Koordinasiya Mərkəzində bu əməliyyata ehtiyacı olan xəstələri qeydiyyata alırıq. Əməliyyatları mütəmadi icra etmək üçün donorlara ehtiyac var. İnsanları donor olmağa dəvət edirəm. Bu gün gözləyən onlarla xəstənin ümidi donorlardır”,- o bildirib.

Mövzuya görə xəbərlər