BAKI, TurkicWorld, Orxan Qədirzadə
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Naftalan şəhərində vətəndaşlarla görüş keçirib.
TurkicWorld xəbər verir ki, yanvarın 29-da nazir müavini Vüsal Nəsirli Naftalan şəhərində Naftalan şəhərinin və Goranboy rayonunun sakinlərini qəbul edib. Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da yer alıb.
Görüşdə Vüsal Nəsirli vətəndaşların sosial vəziyyəti ilə maraqlanıb, şəhid ailələrinin və müharibə veteranlarının hərtərəfli sosial qayğı ilə əhatə olunmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyətlərinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilib və onların həlli istiqamətində müvafiq tədbirlər görülüb.