Azərbaycan Bakı Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti

2026-cı ildə tikinti bazarında durğunluq yaranacaq - Vüqar Oruc

BAKI,TurkicWorld

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

TurkicWorld xəbər verir ki, bunun səbəbinin tikinti şərtləri və normativlərinin mürəkkəbləşməsində görən Cəmiyyət sədri hesab edir ki, işçi qüvvəsinin bahalaşması da bazarın kiçilməsində az rol oynamayacaq:

"Bakının Baş planının 2040-cı il layihəsinin icra olunduğu müddətdə də tikintinin həcmi o qədər də böyük deyil. Digər tərəfdən həm işçi qüvvəsinin, əmək haqlarının, həm tikinti materiallarının baha olması, həm nağdsız ödənişlərə daha çox üstünlük verilməsi tikinti sektoru üçün çox böyük problemlərin meydana gəlməsinə səbəb olur. Ümumiyyətlə, bir çox tikinti qrupları, yəni şirkətlər, 2026-cı ildə bu prosesdə çox çətinliklə iştirak etmək imkanı əldə edəcəklər.

Çünki, normativlər mürəkkəbləşib, şərtlər sərtləşib. Həm dövlətin müvafiq icra qurumlarının tələbləri, həm mal-materialın bahalaşması, həm işçi qüvvəsinin bahalaşması, həm ölkədəki ümumi iqtisadi vəziyyət buna təsir edən amildir. Amma, nəzərə alsaq ki, ölkənin əsas, inkişaf edən, həm büdcəyə, həm ölkə vətəndaşlarına gəlir gətirən sahəsi məhz tikinti sektorudur, bu sektorun sıradan çıxması da təbii ki, gözlənilən deyil. Və tikinti prosesləri təbii ki, davam edəcək".

Mövzuya görə xəbərlər