Son dəqiqə

Azərbaycan Bakı Mədəniyyət Nazirliyi Adil Kərimli Beynəlxalq Muğam Mərkəzi

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib

BAKI,TurkicWorld

Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.

TurkicWorld xəbər verir ki, yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclası keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə qısa məlumat verib.

Sonra konsepsiya ilə bağlı xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib. Konsepsiyanın məzmunu barədə geniş təqdimat keçirilib.

Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib.

Mövzuya görə xəbərlər