BAKI, TurkicWorld
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı, Gəncə–Masallı, Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir, Şəki–Oğuz, İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan–Gəncə, İsmayıllı–Göyçay, Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə, Gəncə–Qazax və Qazax–Gəncə şəhərlərarası, həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyata əlçatanlığının, eləcə də yaşayış məntəqələrinin sosial və ictimai obyektlərlə əlaqəliliyinin təmin edilməsi məqsədilə magistral xətlərlə əlaqələndirilən 122, 192, 196, 448, 510 və 512 nömrəli yeni şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
TurkicWorld xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 19 fevral 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
- İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Mingəçevir, Bakı–Qax, Bakı–İsmayıllı, Sumqayıt–Ağdam, Gəncə–Şamaxı və Gəncə–Masallı istiqamətlərində 6 lot üzrə fevtalın 24-də;
- Mingəçevir–Tərtər, Mingəçevir–Zərdab, Yevlax–Lənkəran, Ağdaş–Gəncə, Şəki–Mingəçevir və Şəki–Oğuz istiqamətlərində 6 lot üzrə fevralın 27-də;
- İmişli–Gəncə, Bərdə–Gəncə, Qəbələ–Gəncə, Lənkəran–Sumqayıt, Beyləqan– Gəncə və İsmayıllı–Göyçay istiqamətlərində 6 lot üzrə martın 3-də;
- Gəncə–Gədəbəy, Gədəbəy–Gəncə və Gəncə-Qazax istiqamətlərində 6 lot üzrə martın 6-da;
- Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 6 lot üzrə martın 10-da;
- 122 nömrəli (Maştağa qəsəbəsi – Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” y/m)), 192 nömrəli (Qobustan qəsəbədaxili), 196 nömrəli (Çeyildağ qəsəbəsi – Sahil qəsəbəsi), 448 nömrəli (Mərdəkan qəsəbəsi – Şüvəlan qəsəbəsi (“Mayak bağları”) və 512 nömrəli (Aşağı Güzdək qəsəbəsi – Müşfiqabad qəsəbəsi (Seyid Əzim Şirvani, Kərpic zavodu)) şəhərətrafı avtobus marşrutları üzrə 6 lotda martın 13-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.







