Son dəqiqə

Azərbaycan Bakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Qarlı və şaxtalı hava ilə əlaqədar sərnişindaşıma gücləndirilmiş rejimdə həyata keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar gücləndirilmiş iş rejiminə keçiblər. Məqsəd vətəndaşların təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsidir.

Bu barədə TurkicWorld-a AYNA-nın Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda yollarda avtobusların hərəkəti xüsusi nəzarət altına alınıb və bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir.

Məlumata görə, xəttə gündəlik normaya uyğun sayda avtobus buraxılıb. Lakin bəzi istiqamətlərdə yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrinin sürət həddi aşağıdır. Bu da avtobuslararası intervallarda müəyyən artıma səbəb ola bilər.

Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə ictimai nəqliyyatın rahat və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər