Son dəqiqə

Azərbaycan BP IFC ABB Monako Qala tədbir EY İlin İş Adamı APFM Finansist EY Dünya üzrə İlin İş Adamı

Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq

BAKI, TurkicWorld

“EY İlin İş Adamı” müsabiqəsində ərizələrin qəbulu mərhələsi başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral tarixində təşkil olunacaq Qala tədbirdə elan olunacaqlar.

Bu barədə TurkicWorld AZPROMO-ya istinadən xəbər verir.

“EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu və unikal bir proqramdır. Bu müsabiqə öz hədəflərinə doğru inamla addımlayan sahibkarları qiymətləndirir və onların nailiyyətlərini qeyd edir.
Azərbaycanda artıq 7-ci dəfə keçirilən müsabiqə 70-dən çox sahibkarı birləşdirən geniş bir icmaya çevrilib.

Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqların istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar. İştirakçıların adlarını təqdim edirik:

  • Bəxtiyar Hüseynov, Eel Electric, elektrik avadanlıqların istehsalçısı
  • Ceyhun İmanov - Jeykhun Imanov Studio – rəqəmsal marketinq, brendinq və dizayn agentliyi
  • Elqar Bağırov – Times Consulting, reklam agentliyi
  • Elmira İsmayılova - Best Place Restaurant & Jazz Club, ictimai iaşə və əyləncə xidmətləri
  • Elşad Abbasov – Embafinans, Bank olmayan kredit təşkilatı
  • Fəhri Məmmədli – Fahri Travel, Səyahət agentliyi/ İnflüenser və bloq yazarı
  • Günay Mustafayeva – MedLife Hospital, tibb müəssisəsi
  • İlyas Əhmədov və Mehri Əhmədova – Berry Blues by We Grow, mavigilə istehsalçısı
  • Könül Quliyeva – Safavy, onlayn təhsil platforması
  • Orxan Məmmədov– Green Life Engineering, alternativ enerji həlləri
  • Murad Həsənov – Clopos, İT həlləri təminatçısı
  • Müşfiq Hüseynov – AZSAFFRON, zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı
  • Novruz İsmayılov – Manqal kömürü № 1, fındıq qabığı əsaslı kömür istehsalçısı
  • Rəşad Abbasov – Neutron, Radiasiya təhlükəsizliyi/konsaltinq
  • Rüfət Babakişiyev – Crocusoft, Proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı
  • Samir Kərimov – Apar, velosiped kirayəsi xidməti
  • Seymur Allahverdiyev - Amazon Travel, turizm agentliyi
  • Ülvi Aslanov – Code Academy, təhsil müəssisəsi
  • Vüqar Babayev – Lider Development, CRM/ERP həlləri təminatçısı/yaşayış binalarının idarəetmə platforması

Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən Sahibkarlıq ruhu, Məqsəd, Təsir və İnkişaf kimi dörd əsas meyar əsasında qiymətləndirilərək müəyyən ediləcək.

Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:

  • Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri
  • Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti
  • Mir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müavini
  • Qustaf Nobel – "Conversus" şirkətinin Baş İcraçı Direktoru
  • Teybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi

Müsabiqənin baş sponsoru ABB-dır. Digər sponsor bp şirkətidir. Proqramın tərəfdaşları APFM, Finansist, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dur.

Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq.

Mövzuya görə xəbərlər