Son dəqiqə

Azərbaycan Bakı Dövlət Sosial Müdafiə Fondu DSMF

Yaşa görə aylıq sosial müavinət alanların sayı məlum oldu

BAKI, TurkicWorld

2025-ci ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 36,8%-ni kişilər, 63,2%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub.

Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Mövzuya görə xəbərlər