Son dəqiqə

Azərbaycan Daxili İşlər Nazirliyi Bakı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Şamaxinka

“Şamaxinka”da yeni svetoforlar quraşdırılır

BAKI, TurkicWorld

“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni svetoforlar quraşdırılır

Bu barədə TurkicWorld-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək. Bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.

Mövzuya görə xəbərlər