Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev

Son 7 ildə icra olunan 5 sosial islahat paketi sosial ödənişlərdə ciddi artımlara imkan verib

BAKI, TurkicWorld

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir.

TurkicWorld Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma və s. imkan verib.

Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.

Mövzuya görə xəbərlər