BAKI, TurkicWorld, Orxan Qədirzadə
Al Baraka Azerbaijan tərəfindən 2025-ci il üzrə həyata keçirilən xeyriyyə və humanitar fəaliyyətlərin yekun hesabatı açıqlanıb.
TurkicWorld xəbər verir ki, hesabat dövründə təşkilatın layihələri 16 ölkəni əhatə edib. İl ərzində 22 müxtəlif layihə istiqaməti üzrə ümumilikdə 420 xeyriyyə layihəsi icra olunub və bu təşəbbüslərdən 75 859 nəfər faydalanıb.
Məlumata görə, layihələr əsasən humanitar yardımın göstərilməsi, sosial rifahın yaxşılaşdırılması, aztəminatlı ailələrin dəstəklənməsi və ehtiyac sahiblərinə yardımın çatdırılması məqsədi daşıyıb. Fəaliyyətlər beynəlxalq miqyasda həyata keçirilib və müxtəlif sosial qrupları əhatə edib.
Təşkilat vurğulayıb ki, bu nəticələr xeyriyyəçilərin dəstəyi və könüllülərin fəal iştirakı sayəsində mümkün olub. Al Baraka Azerbaijan gələcək illərdə də humanitar missiyasını genişləndirməyi və yardım coğrafiyasını artırmağı planlaşdırır.



