Son dəqiqə

Azərbaycan Bakı Anar Bağırov Vəkillər Kollegiyası Vəkil Günü

Azərbaycan vəkillərinin ümumi sayı 2 836 nəfərə çatır - Anar Bağırov

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu gün vəkillik institutunun gələcəyini formalaşdıran mühüm bir mərhələnin şahidiyik. 60 yeni vəkilin and içməsi ilə Azərbaycan vəkillərinin ümumi sayı 2 836 nəfərə çatır.

TurkicWorld xəbər verir ki, bu fikirləri bu gün Kollegiyanın sədri Anar Bağırov Vəkillər Kollegiyasının mərasimində çıxışı zamanı deyib.

“Onlardan qadın vəkillərin sayı – 633, kişi vəkillərin isə – 2203 nəfərdir. Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında 823 nəfər namizəd iştirak etmişdir ki, onlardan 420 nəfəri uğur qazanıb. Bu münasibətlə vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv keçirilməsində mühüm rol oynayan Vəkillərin İxtisas Komissiyasına təşəkkürümü bildirirəm”, - o əlavə edib.

A.Bağırov vurğulayıb ki, vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir.

“Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsi kimi çıxış edir”,- deyə sədr vurğulayıb.

Mövzuya görə xəbərlər