BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu gün 27 dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilir.
TurkicWorld xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.







