Son dəqiqə

Azərbaycan DOST Agentliyi

Bu ilin 11 ayında “Könüllü DOST” proqramına daha 1500 şəxs cəlb olunub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

“Könüllü DOST” proqramına bu ilin yanvar-noyabr ayları ərzində 42 min müraciət olub, 1500 şəxs proqrama cəlb olunub.

TurkicWorld xəbər verir ki, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

Mövzuya görə xəbərlər