BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
İmtahan prosesinin idarə olunması məqsədilə DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahan keçirilən binalarla müntəzəm əlaqə saxlanılıb və imtahanın gedişinə nəzarət edilib.
İmtahanların təşkilinə 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Dekabrın 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunacağı bildirilib.





