Son dəqiqə

Azərbaycan Rəşad Nəbiyev Bakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi TRIPP layihəsi

Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb

BAKI,TurkicWorld

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

Mövzuya görə xəbərlər