Son dəqiqə

Azərbaycan Baş prokurorluq Almaniya Ədliyyə Nazirliyi

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

BAKI,TurkicWorld

Dekabrın 10-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə cinayətini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) törətməkdə ittiham edilmiş Ukrayna vətəndaşı Samik Babayevin yeri Almaniya Federativ Respublikasında müəyyən olunub və o, həbs edilib.

Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunub. S.Babayev Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər