BAKI,TurkicWorld
Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.
Layihəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi üzrə illik xərclərin miqdarı bilavasitə məhsul istehsal edən və istehsalat sahələri olan müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən, digər müəssisələr və fiziki şəxs olan işəgötürənlər üçün isə bir faizindən az olmamalıdır.







