Son dəqiqə

Azərbaycan Milli Məclis Bakı AMEA

Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı konfrans keçirilir

BAKI,TurkicWorld

“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfrans keçirilir.

TurkicWorld-un məlumatına görə, Konfransda Milli Məclisin sədri, komitə sədrləri və deputatları, AMEA-nın prezidenti, elm və təhsil naziri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbirdə aşağıdakı məsələlərin müzakirəsi gözlənilir:

  • Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında irəli sürülən çağırışlar və qarşıda duran vəzifələr;
  • Ana dilinin qorunması – milli kimliyin qorumasının əsasıdır;
  • Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi;
  • AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi: normativ baza və akademik töhfələr;
  • Azərbaycan ədəbi dilinin vahid norması;
  • Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə;
  • Azərbaycan toponimlərinin qorunması: coğrafi adlarda milli identiklik və dilin təhlükəsizliyi.

Mövzuya görə xəbərlər