Son dəqiqə

Türk Dövlətləri Təşkilatı Türk dövlətləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Ömer Kocaman TDT Media və İnformasiya İşçi Qrupu türk dünyası inteqrasiyası media əməkdaşlığı informasiya mübadiləsi Fəaliyyət Planı 2025

TDT-nin Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir

BAKI,TurkicWorld

Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilir.

TurkicWorld xəbər verir ki, iclasda ilk olaraq açılış nitqi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov çıxış edəcək.

Daha sonra isə Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocamanın da çıxışı gözlənilir.

İclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və müxtəlif panel sessiyaları da baş tutacaq.

Mövzuya görə xəbərlər