Son dəqiqə

Azərbaycan Rəşad Nəbiyev Bakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqı Regional Akselerasiya Mərkəzi

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi açılıb

BAKI,TurkicWorld

Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzi açılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz rəsmi "X" hesabında paylaşım edib.

"Qürurvericidir ki, mərkəz MDB məkanında ilk dəfə Azərbaycanda yaradılır. Əsas məqsədi regionun startapları, biznes subyektləri, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verməkdir", - deyə nazir bildirib.

Mövzuya görə xəbərlər