Son dəqiqə

Ağdam Qarabağ işğaldan azad edilmiş ərazilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Qayıdış

Ağdamda növbəti əmək yarmarkası keçirilib

BAKI,TurkicWorld

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

TurkicWorld xəbər verir ki, agentlik tərəfindən Ağdamda növbəti əmək yarmarkası təşkil olunub.

Yarmarkada işsiz və işaxtaran şəxslərə mütəxəssis, xəzinədar, qənnadçı, nəzarətçi, qeydiyyatçı və s. işlər üzrə 67 vakansiya təqdim edilib.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Həmçinin, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat verilib.

Mövzuya görə xəbərlər