Son dəqiqə

Milli Məclis Səbinə Əliyeva İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)

Ombudsman insan hüquqları, sosial təminat və rəqəmsal təhlükəsizlik üzrə yeni təkliflər irəli sürüb

BAKI,TurkicWorld

Ombudsman müraciətlərin təhlili, monitorinqlər və müşahidələr əsasında insan hüquq və azadlıqlarının daha effektiv təminatı üçün bir sıra qanunvericilik və idarəetmə təşəbbüsləri təklif edib.

TurkicWorld xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdəki çıxışında bildirib.

təkliflər paketində insan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramının hazırlanması, “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın qəbulu, rəqəmsal texnologiyalar və süni intellektin hüquqlara təsiri fonunda normativ bazanın yenilənməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi kimi istiqamətlər yer alır.

Sənəddə sosial təminat blokunda pensiya mexanizmləri ilə bağlı bir sıra dəyişikliklər, o cümlədən minimum pensiya artımları zamanı əvvəl təyin edilmiş pensiyaların da mütənasib artırılması, artıq ödənişlərin tutulması müddətinin qısaldılması, uzunmüddətli dövlət qulluğu stajına görə güzəştli pensiya hüququnun genişləndirilməsi kimi təkliflər qeyd olunur.

Eyni zamanda əlilliyin qiymətləndirilməsi prosedurlarında müddətlərin azaldılması, “natamam göndəriş” səbəbilə gecikmələrin aradan qaldırılması, müyəssərlik standartlarının yenilənməsi, ictimai nəqliyyat və metroda əlçatanlıq mexanizmlərinin gücləndirilməsi, görmə məhdudiyyətli şəxslər üçün əlçatan imzalama həllərinin tətbiqi də gündəmə gətirilir.

Təkliflər blokuna həmçinin əmək münasibətlərində “mobbinq”lə bağlı ayrıca maddənin əlavə edilməsi, əlavə məzuniyyət günlərinin artırılması, iş vaxtı normalarına yenidən baxılması, ictimai nəqliyyatda sosial güzəştlərin tətbiqi, təhsil və səhiyyə üzrə əlçatanlıq, dərman təminatı və regionlarda ixtisaslaşmış tibbi xidmətlərin genişləndirilməsi kimi bəndlər də daxildir

Mövzuya görə xəbərlər