Son dəqiqə

Qarabağ işğaldan azad edilmiş ərazilər Cəbrayıl rayonu Xocalı Böyük Qayıdış

Xocalı şəhərinə və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanları yola salınıb

BAKI,TurkicWorld

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

TurkicWorld xəbər verir ki, Xocalı şəhəri və Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfə Xocalı şəhərinə 27 ailə (147 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə (191 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mövzuya görə xəbərlər