Son dəqiqə

Azərbaycan Bakı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi

Bütün kilsələr Azərbaycanda qardaş kimi yaşayır - Allahşükür Paşazadə

BAKI,TurkicWorld

Bütün kilsələr Azərbaycanda qardaş kimi yaşayır.

TurkicWorld xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışında deyib.

"Mən çox sevinirəm ki, bu gün bizim ailəmizə yeni bir ailə daxil olur. Bu İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsidi. Bizim Azərbaycanda böyük bir ailəmiz var. Bütün kilsələr Azərbaycanda qardaş kimi yaşayır. Bunu yaradan təbii ki,dövlətdir. Dinlər arasında münasibətlərin yaxşılaşdırılmasına çalışırıq. Bunun bünövrəsini Ulu Öndər Heydər Əliyev qoydu. O bu təbliğatın qurucusudur",- deyə o əlavə edib.

Mövzuya görə xəbərlər