Son dəqiqə

Azərbaycan AZAL London Heydər Əliyev Beynəlxalq Aeroportu NOMAD AVIATION AG aviaşirkəti London – Düşənbə marşrutu

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

BAKI, TurkicWorld

London – Düşənbə marşrutu üzrə uçuş həyata keçirən "NOMAD AVIATION AG" aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.

AZAL-dan TurkicWorld-ə bildirilib ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.

Mövzuya görə xəbərlər