Son dəqiqə

BMT Avropa turizm

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilir

Bakı, TurkicWorld

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə 40-a yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edir.

İclas Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin salamlama nitqi ilə başlayıb.

O qeyd edib ki, Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək.

Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvü olaraq öz işini davam etdirir:

"Bu il Azərbaycan namizədliyini 2025-2029-cu illər üçün irəli sürəcək. Son illər Azərbaycan turizm sahəsində ciddi nailiyyətlər əldə edib. Turizm sahəsində təsnifatlar işğaldan azad edilmiş ərazilərə də şamil edilib. Azərbaycan enerji xəritəsində strateji tərəfdaş kimi əhəmiyyət kəsb edir".

O qeyd edib ki, Azərbaycan turistlər üçün Avropa ilə regionu birləşdirir:

"COP29 Azərbaycana gələn turist sayını kəskin artırdı".

Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Natalia Bayona deyib ki, Azərbaycan regionda lider ölkədir.

"Sonuncu dəfə Bakıya 6 il əvvəl gəlmişdim. Son 6 ildə əldə edilən nailiyyətlər təqdirəlayiqdir", - o qeyd edib.

Bayonanın sözlərinə görə, turizm iqtisadi sektorlar arasında ən humanist, bəşəri olanıdır:

"Biz gənclərə turizmin onlara təklif etdiyi imkanları nümayiş etdirməliyik".

O qeyd edib ki, Azərbaycan regionda lider ölkədir:

"Azərbaycanı təqdir edirəm. Türkiyə, Albaniya, Yunanıstan və digər ölkələrdə də turistlərin sayını görürük. Avropa hələ də bu sahədə liderdir. Bizim üçün belə bir sektorda olmaq üstünlükdür".

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər